Ombudsman Səbinə Əliyeva Gəncədə faktaraşdırıcı missiya həyata keçirir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabr ayının 17-də, gecə saat 01 radələrində Ermənistan növbəti dəfə müharibə cinayəti törədərək cəbhə bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub. Qadağan olunmuş silahlardan istifadə etməklə həyata keçirilmiş bu hücum çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnib.
Bununla işğalçı Ermənistan 10 oktyabr 2020-ci il tarixdən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini təkrarən kobud şəkildə pozmaqla BMT Nizamnaməsinə, beynəlxalq hüququn ümumi norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar və insan hüquqları normalarına bir daha açıq hörmətsizlik nümayiş etdirir.
Ombudsman Aparatından Milli.Az-a bildirilib ki, Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi növbəti terror aktı nəticəsində baş vermiş insan təlafatı ilə əlaqədar insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən faktların və dəymiş zərərin beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə Gəncə şəhərində faktaraşdırıcı missiya həyata keçirir.
Missiya çərçivəsində Ombudsman Səbinə Əliyeva həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb, dağıdılmış yaşayış evlərinə və digər infrastruktur obyektlərinə baş çəkərək araşdırma aparıb. Ombudsman, həmçinin hər iki valideyni dağıntılar altında qalan və hazırda taleləri barədə məlumat olmayan yaralanmış uşağa da baş çəkib. Mövcud problemlərin yerində həll olunması ilə bağlı aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb.
Ermənistanın bu dəfə də mülki obyektləri, uşaq, qadın, əlilliyi olan şəxslər və ahıl insanların da yaşadığı evləri qəsdən hədəfə alması nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər həlak olub, 52 nəfər ağır dərəcəli xəsarətlər alıb, 2 uşağın taleyi barədə məlumat yoxdur. Dağıntılar altında qalanların xilasetmə tədbirləri davam etdirilir.
Təcavüzkar Ermənistanın növbəti ağlasığmaz qəddarlığı Azərbaycanın dinc əhalisinə hədəflənmiş terror aktı, insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti kimi beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən kəskin şəkildə pislənməli, həmin cinayəti törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Ermənistanın terror əməllərini dəstəkləyənlər bu hadisələrdən lazımi nəticə çıxarmalı, susqunluq nümayiş etdirməməlidirlər.
Qeyd olunmalıdır ki, Ermənistanın dinc əhaliyə qarşı törətdiyi bu vandalizmin beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə Ombudsman Səbinə Əliyeva tərəfindən beynəlxalq ictimaiyyətə növbəti bəyanat ünvanlanıb, faktaraşdırıcı missiyanın materialları əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Kimi Antonelli Bakıda sərbəst yürüşü yarımçıq dayandırıb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı





