Ekspres xətlərin hərəkətində dəyişiklik edildi - BNA - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabineti yanında Operativ Qərargaın müvafiq qərarına əsasən, 19 oktyabr saat 00:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılması ilə əlaqədar sərnişindaşımaları əvvəlcədən hazırlanan nəqliyyat planına uyğun olaraq təşkil ediləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumatda bildirilir ki, 19 oktyabr tarixindən M6 ("28 May" m/st-"H.Aslanov" m/st) ekspres xətti üzrə avtobusların hərəkəti Babək prospektindən keçməklə təşkil olunacaq: "M7 ekspres xətlər üzrə avtobuslar tam yeni hərəkət sxemi ilə fəaliyyət göstərəcək. Bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə "Sahil" m/st və "Koroğlu" m/st-nı əlaqələndirəcək.
Bu dəyişiklik sayəsində sərnişin tələbatı daha çox olan dayanacaq məntəqələrini, metro stansiyaları əlaqələndirmək mümkün olacaq.
Məlumat üçün qeyd edək ki, sərnişin tələbatına dair son statistik təhlillər əsas götürülərək 19.10.2020 tarixindən M9 və M10 ekspress xətlərin fəaliyyəti dayandırılacaq. Bu xətlərdən çıxarılan avtobuslar isə sərnişin axını daha çox olan istiqamətlərdə istifadə ediləcək".
Məlumatda bildirilir ki, avtobusların sayı və intervalı sərnişin tələbatına uyğun olaraq tənzimlənəcəkdir. Lakin daşımaların rahat və vaxtlı-vaxtında təmin olunması üçün avtobusların maneəsiz hərəkətinə ciddi zərurət var: "Əvvəlki müşahidələr onu göstərir ki, gün ərzində, xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıqlar avtobuslararası hərəkət intervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrində gözləyən sərnişin sayının artmasına və avtobuslarda sərnişin sıxlığının yaranmasını qaçılmaz edir.
Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar. Xüsusən də avtobusların dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışına şərait yaradılmalıdır. Dayanma-durma və parklanma qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin ərazisində, avtobusların hərəkət trayektoriyasında park edilməsinə yol verilməməlidir.
Bununla yanaşı bildiririlk ki, avtobusa daxil olarkən və səyahət müddətində tibbi maskadan istifadə mütləqdir. Qaydalara riayət olunmadıqda sürücü avtobusu saxlamağa məcbur olacaq ki, bu da hərəkət intervalının pozulmasına, digər sərnişinlərin narahatlığına səbəb olacaqdır. Sərnişinlərin bu qaydalara əməl etməsi üçün sərnişin axını nəzərə alınmaqla, əsas cəlb etmə məntəqələrində nəzarətçilər xidmət göstərir.
Vətəndaşlarımızı növbəti dəfə məsuliyyətli davranaraq, hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməyə çağırırıq. Hamılıqla xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenamızı gözləməliyik.
Ölkəmizdə hərbi vəziyyətlə əlaqədar komendant saatının tətbiqini və xüsusi karantin rejiminin davam etməsini nəzərə alaraq daşımalar da məhz mövcud vəziyyətə uyğun təşkil olunur. Hazırki daşımalar adi rejimdə təşkil olunan daşımalar deyil, vətəndaşlarımızdan da buna anlayışla yanaşmalarını xahiş edirik".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Maaşımızı istədiyimiz bankdan ala biləcəyik - Tarix açıqlandı
-
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
XƏBƏR LENTİ
-
Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb
-
Hacı Nazim: "1 həftə idi nişanım olmuşdu, atamı toya yola saldıq, pilləkandan yıxılıb öldü" - (Video)
-
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
Zaur Rzayevin oğlu: "Bu, atamın vəsiyyətidir, hörmətlə yanaşın"
-
Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
Azərbaycanda yeni qurum yaradılır
-
Maaşımızı istədiyimiz bankdan ala biləcəyik - Tarix açıqlandı
-
Küləkli havada çalışanlara şad xəbər
-
Azərbaycanda məktəb direktoru xadimənin attestatını 500 manata satdı
-
"Milan" və "İnter"in yeni stadionunun adı bəlli oldu - (Foto)
-
Vüqar Əhmədov Mikayıl Cabbarovun müşaviri oldu
-
Zaur Rzayevin dəfn yeri açıqlandı
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Elgiz Əkbər: “Heç sərçə də atmadılar” - (Video)
-
Bakının 5 ərazisində yeni dəmir yolu stansiyaları tikiləcək
-
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib
-
Salahın qarşısına daha bir Salah çıxdı
-
İran bunu etsə, “kiberqiyamət” olacaq
-
TFF-dən "Fənərbağça" və "Qalatasaray"ın futbolçusuna ağır cəza
-
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq
-
Zərərçəkmiş şəxslə barışıq cinayət işinin taleyini dəyişdi - Məhkəmə qərarı
-
Oğlunun həbsindən sonra Arzuxan Əlizadədən ilk açıqlama
-
Bu ərazimizə qar yağdı
-
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq





