"Hazırda epidemioloji vəziyyət nəzarət altındadır".
Milli.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov bildirib.
"Payız-qış mövsümündə respirator xəstəliklər, tənəffüs yolu ilə yayılan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də pandemiya dövründə payız-qış mövsümü bir qədər problemlər yarada bilər", - o qeyd edib.
Milli.Az