Payız-qış aylarında COVID-19 virusunun aktivləşməsi gözləniləndir - TƏBİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Payız və qış aylarında artıq soyuqlar başlayır və bu zaman bütün respirator infeksiyalar aktivlərşir, o cümlədən COVID-19 virusunun aktivləşməsi gözləniləndir. Qadağaların aradan qaldırılması, məktəblərin açılması təmasların sayını artırır. Hələ ki, yoluxma böyük sürətlə artmır. Qorunma tədbirlərinə ciddi əməl olunması yoluxma sayını nəzarətdə saxlaya bilər. Camaatda da arxayınlaşmanın müəyyən qədər rolu var, koronavirusun ikinci plana keçirildiyi hiss olunurdu. Dəfələrlə qeyd etmişik ki, arxayınlaşmaq olmaz.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov bildirib.
Onun sözlərinə görə, insanlar gigiyena qaydalarına ciddi əməl etməlidirlər: "Hazırda Avropa ölkələri və bütün dünya ölkələrində koronavirus daha çox narahatedici məsələyə çevrilib. Bəzi ölkələrdə qadağa çağırışları səslənir. Yoluxma sayları bütün dünyada artır".
A.Qurbanov bildiirb ki, Azərbaycanda qadağalar ləğv olunsa da, bəzi qaydalar hələ də qüvvədədir: "Amma insanlar sanki hazırda karantin rejiminin qüvvədə olduğunu, bəzi qaydaların olduğunu unudurlar. Artıq insanlar arxayınlaşdılar, eyni zamanda təmaslar artdı. Nəticədə yoluxma sayları da artdı. Bugünkü yoluxma sayı son dərəcə narahatedici hal deyil, amma daha çox artım olarsa, bu bizi narahat edə bilər. Buna görə də insanlar lazımsız təmaslardan qaçmalı, imkan daxilində distant işləməli, sosial məsafəni qorumalıdır. İctimai nəqliyyatda, metroda, marketlərdə, təmas olan istənilən yerdə maskadan mütləq istifadə olunmalıdır. Artım daha da çox olarsa, səhiyyə sistemi yenidən yüklənə bilər. Ağır xəstələrin sayı çoxala bilər, arzuolunmaz hallar da artar. Bu vaxtları biz yaşamışıq, amma indi hamımız birlikdə çalışmalıyıq ki, həmin dövlər daha qayıtmasın. İnsanlar çox diqqətli olmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Sabah Məhərrəm ayı başlayır
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
XƏBƏR LENTİ
-
93 yaşlı məşhur aktrisanın cavanlıq sirri - FOTO
-
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
-
Bənövşəyi velvet tortunun hazırlanması
-
Keyfiyyətli kərə yağı necə seçilir?
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB





