Cəmiyyət

BMT-nin Ali Komissarının nümayəndələri Vəkillər Kollegiyasının sədri ilə görüşüb

25 Sentyabr 2020 14:19
Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı ofisinin nümayəndələri ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyi arasında görüş keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə kollegiyadan məlumat verilib. Məlumatda qeyd edilib ki, görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən ötən il ərzində vəkillik sahəsində görülmüş işlər, regionallarda həyata keçirilən layihələr, vəkilliyə qəbulun vəziyyəti barədə məlumat verilmiş, həmçinin, bu müddət çərçivəsində BMT və onun struktur bölmələri ilə daha sıx əlaqələr yaradıldığı, birgə layihələr reallaşdırıldığı diqqətə çatdırılıb.

Eyni zamanda, A.Bağırov BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə səmərəli əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin əhəmiyyətindən bəhs etmişdir. Vurğulanıb ki, birgə maarifləndirmə layihələri çərçivəsində paytaxtda və ölkənin regionlarında keçirilən layihələrə vəkillər fəal şəkildə cəlb olunurlar. Bundan başqa, əhalinin həssas qrupları, az təminatlı ailələr üçün mütəmadi olaraq pulsuz hüquqi yardım kampaniyası təşkil edilir. Hazırda da bu kimi tədbirlər davam etməkdədir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov təmsil etdiyi qurumun Vəkillər Kolelgiyası ilə əməkdaşlığa böyük önəm verdiyini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində yaradılmış səmərəli əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmiş və öz növbəsində ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi üçün vəkillərin davamlı peşə hazırlığının səviyyəsinin yüksəldilməsi istiqamətində görülməli olan işlər barədə öz tövsiyələrini verib.

Görüşdə, həmçinin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisinin nümayəndələri Kamran Bağırov, Rəşad Əliyev və Rəyasət Heyəti aparatının rəhbərliyi Fərhad Nəcəfov, Bayram Orucov da iştirak etmiş və hər iki tərəf arasında prioritet əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.