Məktəblərdə koronavirusla mübarizə üçün dəstək komandaları yaradılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Məktəblinin dostu" layihəsi çərçivəsində pandemiya ilə əlaqədar məktəblərdə xüsusi nəzarət tədbirləri davam etdirilir. Sözügedən layihə ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.
Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, məktəblinin dostları tərəfindən təhsil müəssisəsində sıxlığın tənzimlənməsi məqsədilə məktəbə giriş və çıxış qaydalarına xüsusi nəzarət olunur, şagirdlərin, məktəb kollektivinin, məktəbə daxil olan hər kəsin hərarətinin ölçülməsi, dezinfeksiya vasitələrindən istifadənin təmin edilməsi, eləcə də simptomları olan şəxs və onunla ünsiyyətə girmiş digər şəxslərin müəyyənləşdirilməsində məktəb heyətinə dəstək göstərilir.
Məktəblinin dostları şagirdlər arasında COVID-19 infeksiyasından qorunmaq üsulları ilə bağlı maarifləndirmə işinin aparılmasına da köməklik göstərirlər.
Bildirək ki, Bakı, Abşeron və Sumqayıt üzrə sıxlıq müşahidə edilən məktəblərdə koronavirusla bağlı zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə "Məktəblinin dostu" və "Bir" tələbə-könüllü layihələri üzrə dəstək komandaları təşkil edilib. Ümumilikdə, 300 məktəblinin dostu və 700 könüllü işə cəlb olunub. Komandalar Bakı şəhəri üzrə 186, Sumqayıt şəhəri üzrə 20, Abşeron rayonu üzrə 20 məktəb olmaqla, ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.
Qeyd edək ki, 2016-cı ilin dekabrından fəaliyyət göstərən "Məktəblinin dostu" layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, "Məktəblinin dostu" seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
XƏBƏR LENTİ
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər





