Cəmiyyət

Dağlıq Qarabağda COVID-19-a yoluxanların sayı 385 nəfərə çatıb

23 Sentyabr 2020 14:40
Baxış: 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 385 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 327 nəfər sağalıb, 56 nəfərin müalicəsi davam edir. 4 nəfərin vəziyyəti ağır, 8 nəfərin vəziyyəti isə orta ağırdır. 95 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.