Vaxtilə ekoloji fəlakət zonası olan ərazilərin indiki halı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir vaxtlar neft gölməçələri və geniş zibilliklərin yerləşdiyi ərazilər hazırda simasını dəyişərək daha çox turistik bir məkan olmaqdadır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün Azərbaycanda ekoloji tarazlığın təmin edilməsi, vaxtilə çirklənmiş ərazilərin təmizlənməsi məsələlərinə böyük əhəmiyyət verilir. Aparılan təmizlik, bərpa işlərindən sonra həmin ərazilər əhalinin böyük diqqətinə səbəb olur.
Son dövrlər görülən işlərin nəticəsi olaraq vaxtilə fəlakət zonası olan ərazilər indi gözəl parklar, istirahət zonalarına çevrilib. Bu ərazilərimizdən biri kimi Balaxanını qeyd etmək olar, son bir ildə Balaxanıda aparılan dəyişikliklər hamının heyrətinə səbəb olur.
Balaxanının köhnə halını unudanlar üçün Balaxanıda çəkilmiş köhnə və indiki fotoları təqdim edirik:




Balaxanı ilə bərabər şəhərimizin digər yerlərində də əsaslı təmizlik işləri aparılır. Bu sırada Bibiheybəti də qeyd etmək lazımdır. Bakının Cənub girişi hesab olunan bu ərazidə vəziyyət şəhərimiz haqda ilkin təəssüratların müsbət olmasına mane olur və şəhərimizin gözəlliyinə xələl gətirdi. Bu gün bu ərazidə də əsaslı təmizləmə işləri aparılıb və aparılan abadlıq işləri nəticəsində tezliklə Bibiheybətin də Balaxanı kimi turistik yerə çevrilməsi planlaşdırılır.
Qeyd edək ki, qədim tarixi olan Bibiheybətdə görülən yenidənqurma işləri maraqla qarşılanıb və vizual görünüşündə edilmiş dəyişikliklər sözün əsl mənasında göz oxşayır.
Tarixi qəsəbəyə rəng qatmaq üçün qapı pəncərələr al-əlvan rənglərə boyanır, dalanlara qəmbər daşlar döşənir, tarixi əsrlik yaşı olan binaların fasadları yenilənir.
Küçə uzunu binaların divarlarına fərqli freska və qrafiti nümunələri çəkilib. Xüsusi arxitektur görünüş qazanmış dalanlar rəngarəng dibçək gülləri ilə bəzədilib.


Mərdəkan, Novxanı, Əmircan, Buzovna, Ramana və s. Bu kəndlər də turizm məkanına çevriləcəyi bildirilir.
Abadlaşan ərazilərimiz arasında Sumqayıtı xüsusi qeyd etmək lazımdır. Vaxtilə ekoloji fəalkət zonası olan Sumqayıt indi daha çox kurort şəhərini xatırladır. Sumqayıt şəhərində son illərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Yol infrastrukturunun yenilənməsi, yaşayış binalarının dam örtüklərinin vurulması, fasadlarının təmir olunması, liftlərin müasirləşdirilməsi, ictimai nəqliyyatın tamamilə yenilənməsi, insanların asudə vaxtının səmərəli keçirilməsi üçün infrastrukturun yaradılması və digər sahələrdə son 5 il ərzində mühüm işlər həyata keçirilmişdir.
Sumqayıt şəhərinin inkişafı istiqamətində bu gün də işlər davam etdirilir.



Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
XƏBƏR LENTİ
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)





