Cəmiyyət

Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər

17 Sentyabr 2020 17:47
Baxış: 1 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanun layihəsinin hazırlanmasına ehtiyac var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirib.

Onun sözlərinə görə, "Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanunun hazırlanmasına və qəbul edilməsinə ehtiyac var.

Nazir müavini qeyd edib ki, nazirlik bu sahədə Milli Məclislə əməkdaşlıq etməyə hazırdır.

Komitə sədri Qənirə Paşayeva isə deyib ki, bu məsələ ilə bağlı işçi qrup yaradılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.