Bir sinifdə oxudular, imtahanlarda eyni balı topladılar, eyni universitetə qəbul oldular - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kürdəmir rayonunun Şilyan kəndində eyni sinifdə oxuyan Əhmədova bacıları ali təhsil ocaqlarına qəbul imtahanlarında iştirak edərək eyni bal toplayıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Nuranə və Aynurə Əhmədova bacılarının aralarında bir yaş fərqi olsa da, eyni sinifdə təhsil alıblar. Şilyan kənd orta məktəbinin məzunları olan bacılar bu il ali təhsil ocaqlarına qəbul olmaq üçün imtahanlarda fərqli qrupları seçsələr də, hər ikisi eyni - 490 bal toplayıblar.
Nuranə Əhmədova bu barədə danışarkən deyib: "Bir sinifdə oxumağımıza baxmayaraq, eyni nəticəni göstərəcəyimiz ağlıma da gəlməzdi. Həqiqətən bizim üçün sürpriz oldu. Baxmayaraq ki, pandemiya dövrüdür, dərslər keçilmirdi, hazırlıqlara getmirdik, amma ciddi səylə evdə çalışdıq. Şükür Allaha ki, əziyyətimiz hədər getmədi, nəticələrimiz yaxşı oldu".
Aynurə Əhmədova da sevincini bölüşərək bildirib ki, pandemiya dövrünün çətinliklərini də nəzərə alsaq, belə vaxtda oxumaq çox çətindir. "Əvvəl hazırlığa gedirdik, lakin karantin rejimi ilə əlaqədar olaraq, evdə öz gücümüzlə hazırlaşmağa çalışdıq. Çünki qarşımıza məqsəd qoymuşduq. Bu yolda bizə kömək olan hər kəsə təşəkkürümü bildirirəm", - deyə o əlavə edib.
Müəllim olmaq istəyən bacılar Azərbaycan Dövlət Pedaqoji Universitetinə sənəd veriblər. Aynurə tarix və coğrafiya, Nuranə isə riyaziyyat-informatika müəllimi olmağı qarşıya məqsəd qoyublar.
Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfael Məmmədovun sözlərinə görə, rayondan olan məzunların bu il ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr ötən illərdən xeyli fərqlənib: "Rayonumuzda 59 ümumtəhsil məktəbi, 2 məktəbdən kənar müəssisə fəaliyyət göstərir. Həmin təhsil müəssisələrindən 45-i tam orta məktəbdir ki, bu il də onların məzunları ali məktəbə qəbul zamanı yüksək nəticələr göstəriblər. Məzunlarımızdan 18-i 600-dən, 30-dan çoxu isə 500-dən yuxarı bal toplayıb. Ümumilikdə, bu il təhsil müəssisələrini 953 nəfər 11-ci sinif şagirdi bitirib. Onlardan 495 nəfəri ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verib və 371 nəfər ali məktəb üçün keçid balını toplayıb".
Qeyd edək ki, Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı orta məktəbindən isə 7 məzun qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Onlardan 6-sı eyni sinfin şagirdləridir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Avro əskinasları dəyişdirilir
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
XƏBƏR LENTİ
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başladı
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycanda zəlzələ oldu
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı





