Cəmiyyət

Məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq

11 Sentyabr 2020 16:55
Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq: "Hərarəti və digər şübhəli əlamətləri olan şagird və müəllimlər həmin otağa yerləşdiriləcək, daha sonra təcili tibbi yardım çağırılacaq və xəstədən test götürüləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.