Cəmiyyət

DİM sədri oğlanın Qızlar Universitetinə qəbul olmasından danışdı

11 Sentyabr 2020 13:20
Baxış: 2 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abituriyentlər ixtisas seçimi edərkən diqqətli olmalıdırlar, onlar üçün ixtisas seçimini başqa şəxslər deyil, abituriyent özü etməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ötən il III qrupdan bir oğlan Qızlar Univeristetinə qəbul olmuşdu və buna görə də DİM-i günahkar bilirdi: "Həmin şəxs bizə müraciət edərək "görmürsünüz ki, mən oğlanam, niyə məni Qızlar Universitetinə salmsınız" deyərək ittiham edirdi. Ancaq yerləşdirməni biz yox, həmin şəxs özü edir. Onun müəllimi də abituriyentin qəbulu naminə ali təhsil müəssisənin hara olduğunu nəzərə almadan ixtisas seçimi etmişdi. Amma ümumən Qızlar Universitetində oğlanların oxuması üçün qadağa yoxdur. Sadəcə olaraq, bu universiteti adətən, qızlar seçirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.