Cəmiyyət

“Azəriqaz”da kadr islahatları aparılıb

11 Sentyabr 2020 15:41
Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azəriqaz" İstehsalat Birliyində kadr islahatları aparılmaqla bəzi rəhbər şəxslərin iş yerləri dəyişdirilib.

Qurumdan Milli.Az-a verilən məlumata görə, belə ki, Fariz Məmmədov Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi, Xaliq Namazov Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Gəncə Regional qaz istismarı İdarəsinin rəisi, Hüseyn Şirinov Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi, Namiq Məmmədov Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Salyan Regional qaz istismarı İdarəsinin rəisi, Osman Behbudov isə Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, artıq bu barədə müvafiq əmrlər imzalanıb və aparılan bu islahatlar regionlar üzrə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory