Məhsul bol, alan yox - Fermerlər nisyə mal satmaq istəmirlər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun illərdir üzümçülüklə məşğul olan Şəkinin Cəyirli kənd sakinləri, əsasən, şərab növləri üçün istifadə edilən üzümləri yetişdirirlər. Bu il bol məhsul əldə edən fermerlərin sevinci qursağında qalıb. Məhsul satmaq üçün döydükləri bütün qapılar üzlərinə bağlanıb.
Milli.Az bildirir ki, "ARB Xəbər" komandası məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.
Vüsal Quliyev - Fermer: "Biz üzümümüzü sata bilmirik. Keçən il satmışıq, bu il sata bilmirik. Zavodlara gedirik deyirlər öz üzümümüz var, özümüz qəbul edirik. Şəki zavodu var, ora da müraciət edirik baxan yoxdu".
Rəqilə Misirova - Fermer: "Əziyyət çəkib məhsul yetişdiririk, amma verməyə yer tapmırıq. Yüksək qiymətlərə dərman alırıq, xərci çoxdu. Neçə ildir bu vəziyyətdəyik. Heç olmasa, bizim xərcimizə görə navalımızı 40 qəpikdən götürsünlər. Gəlib baxsınlar və görsünlər ki, onların dediyi qiymət xərci necə qarşılıyır".
Üzümü qəbul etməyə hazır olan zavodlar isə çox aşağı qiymət təklif edir. Bu isə fermerlərə qəti şəkildə sərf etmir. Belə ki, təklif olunan qiymətlər üzümün yetişdirilməsi üçün çəkilən xərci belə ödəmir.
Vüsal Quliyev - Fermer: "Nisyə götürürlər. Göyçay zavodu ötən il üzümümüzü 30 qəpikdən götürüb, indi isə 22 qəpiyə istəyir, həm də nisyə".
Qüdrət Nəbiyev - Fermer: "Zavodlar bizlə işləmir. Əvvəllər yaxşı olub, 3 il müddətinə biz Göyçay zavoduyla müqavilə bağlamışdıq. Bütün təsərrüfatların öz müqaviləsi vardı. Bu gün isə bunu qəbul edən məntəqələr yoxdu. Aidiyyəti qurumlardan kömək istəyirik. Ucuz qiymətə götürəndə fermer müflisləşir".
Məsələ ilə bağlı "ASK Şəki şərab" MMC-dən bildirildi ki, hazırda zavodun üzüm almaq üçün vəsaiti yoxdur. Pandemiya səbəbindən ixrac prosesi ləngiyən və satış həyata keçirə bilməyən zavodlar nəticədə fermerlərlə işləyə bilmirlər.
Vidadi Həsənov - "ASK Şəki şərab" MMC-nin direktoru: "Bizim zavodun illik 3000 ton üzümgötürmə gücü var. Bu gün biz 500 ton götürə bilirik. Çünki şərab materialları üst-üstə toplanıb. Bu xəstəliklə əlaqədar satışlarımız cox aşağı düşüb".
Zavoddan, həmçinin bildirildi ki, dövlət müəssisəsi olduğundan fermerlərə pulu nağd şəkildə verə bilmirlər. Bunun üçün fermerlər mütləq şəkildə bank hesabı açdırmalı və ödəniş köçürmə yolu ilə həyata keçirilməlidir. Digər tərəfdən fermerlər sortları ayırmadan qarışıq verdikləri üçün bu da zavoda sərf etmir.
Vidadi Həsənov - "ASK Şəki şərab" MMC-nin direktoru: "Onların üzüm bağlarında süfrə sortlarıyla, texniki sortu qarışıqdı. Bir də görürsən ki, hər cərgədə bir üzüm var. Texniki sortlar olsa da fərqli növləri qarışdırmaq mümkün olmadığından problem yaranır. Onlarsa qarışıq yığmaq istədiyindən bu da keyfiyyətli şərab istehsal etməyimiz üçün yararlı deyil. Bugünün tələbi texniki sortların ayrı-ayrılıqda yığılmasıdır. Çünki biz bu gün sort şərablarının istehsalına üstünlük veririk ki, bu da onlara çətinlik yaradır".
Analoji halı digər rayonlarda üzüm yetişdirən fermerlər də yaşayır. Ancaq mütəxəssislər tezliklə ixrac prosesinin başlanacağını və problemin aradan qalxacağına ümid edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nərimanovun bəzi yerlərində qaz olmayacaq
-
"Həzi Aslanov" stansiyası açıldı
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
XƏBƏR LENTİ
-
Paytaxtda ölümlə nəticələnən qəza - 23 yaşlı gənc öldü
-
Prezident İlham Əliyev: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır
-
Boşanan Nara bu dəfə aktrisalığı ilə gündəmdə – Səhnələri müzakirə yaratdı - (Fotolar)
-
Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir
-
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir - (Foto)
-
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş...
-
Azərbaycan nefti bahalaşdı - Qiymət 127 dolları keçdi
-
Nərimanovun bəzi yerlərində qaz olmayacaq
-
Nura Suri: “Şahrux Xanın arvadı məni qısqanırdı” (Foto)
-
Türkiyədə Azərbaycanın "arzuolunmaz" elan etdiyi şəxs saxlanıldı
-
İsraildə parlament seçkiləri keçirilir
-
42 yaşlı Beren Saat ana olur
-
Qazın qiyməti bahalaşır
-
“Qızıl top”un sahibi bəlli oldu
-
"Həzi Aslanov" stansiyası açıldı
-
“Ceyhun Sabunçu” qətlinə görə 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
Bit bazarından 3 manata aldığı çərçivə baha qiymətə çıxdı: Qızıl imiş
-
Üç bürc tələsməsə yeni həftədə pulu çox olacaq
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)





