Cəmiyyət

Hacı Şahin: "İnsanlar Məhərrəm ayı ilə bağlı tövsiyələrə əməl edirlər"

5 Sentyabr 2020 13:01
Baxış: 1 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda insanlar koronavirus pandemiyası dövründə Məhərrəmlik mərasimlərinin keçirilməsi ilə bağlı tövsiyələrə əməl edirlər.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı hacı Şahin Həsənli deyib.

Bu il Məhərrəm ayının pandemiya şəraitində qeyd olunduğunu xatırladan Ş.Həsənli bildirib k, öncədən din xadimlərinin mərasimlərin kütləvi şəkildə qeyd edilməməsi ilə bağlı əhaliyə müraciəti oldu:

"Məhərrəm ayı ilə bağlı əsas tədbirlər həmişə ilk 10 gündə keçirilirdi. Bu il ilk 10 gündə məclislər fəaliyyət göstərmədi və insanlar evlərində fərdi qaydada bu mərasimləri öz ailələri ilə qeyd etdilər. Ancaq məscidlərdə də canlı yayımlar keçirildi, ayinlər sosial şəbəkələr üzərindən icra olundu və insanlar evlərindən canlı olaraq bu ayinlərə qoşula bildilər. Hazırda da bu qaydalara ciddi şəkildə riayət olunur və insanlar məscidlərə toplaşmırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.