Cəmiyyət

Milli Məclisin deputatı Sevil Mikayılova seçiciləri ilə onlayn qəbul keçirib - FOTO

3 Sentyabr 2020 11:23
Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edən millət vəkili Sevil Mikayılova seçiciləri ilə onlayn qəbul keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəbulda Xudat şəhər və kənd sakinləri, əsasən, sosial xarakterli müraciətlərini səsləndiriblər, uzun illərdir mövcud olan və həll olunmamış bir sıra problemlərə toxunublar.

Millət vəkili, öz növbəsində, hər bir vətəndaşın arzu və istəklərini dinləyərək, onların çoxsaylı müraciətlərinə əsaslanaraq bəzi problemlərlə bağlı artıq aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını və həlli istiqamətində müsbət cavab alındığını nəzərə çatdırıb.

S.Mikayılova vətəndaşların qəbulda səsləndirdikləri digər problemlərlə bağlı müraciətləri də nəzarətə götürdüyünü, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qrumlarla əlaqə yaradılacağını bildirib.

Onlayn qəbulda iştirak edən seçicilər millət vəkilinə daim onlarla maraqlandığı, problemlərini diqqətdə saxlayaraq həll etdiyi üçün təşəkkürlərini ifadə ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.