Cəmiyyət

"Cebhe.info" saytının 5 yaşı tamam olur

1 Sentyabr 2020 13:20
Baxış: 1 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Cebhe.info xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür. 1 sentyabr eyni zamanda "Cümhuriyət" qəzetinin nəşrini bərpa etdiyi gündür. Qəzet 2015-ci ilin 1 sentyabrında təkrar nəşrə başlayıb.

Azərbaycanın xəbər məkanında özünəməxsus yer tutan, çeviklik, obyektivlik, dəqiqlik kimi əsas media prinsiplərinə daim əməl edən Cebhe.info saytı 2015-ci ilin 1 sentyabrından fəaliyyətə başlayıb.

Cebhe.info 5 il ərzində istinad edilən xəbər portallarından birinə çevrilə və öz oxucu auditoriyasını formalaşdıra bilib. Cebhe.info xəbər portalı və "Cümhuriyət" qəzeti gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də siyasət, sosial, iqtisadi, idman, hüquq, geopolitika, mədəniyyət, tarix və digər mövzularda xəbərlər, reportajlar, araşdırmalar, maarifləndirici yazılar və fərqli maraqlı materiallar təqdim edir.

Cebhe.info xəbər portalı və "Cümhuriyət" qəzeti xarici ölkələrdə yaşayan azərbaycanlıları daim diqqət mərkəzində saxlayır, Güney Azərbaycan, Kərkük, Borçalı, Dərbənd türklərinin problemlərini müntəzəm şəkildə işıqlandırır.

Təbrik edirik!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.