Cəmiyyət

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu bu ünvanlarda olacaq

31 Avqust 2020 15:58
Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlayıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 2-də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 196, 3159-cu məhəllə ünvanında, sentyabrın 4-də isə Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, 2944A ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq on ünvanda səyyar sənəd qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.