Cəmiyyət

Akif Qurbanov: Məktəblilər virusu əsasən yüngül formada keçirir

29 Avqust 2020 12:19
Baxış: 1 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məktəb yaşlı uşaqlar elə bir qrupdur ki, onlarda virus əsasən asimptomatik olur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, məktəblərdə virusun yayılmasından narahatlıq yoxdur: "Biz qorxuruq ki,uşaqlar daşıyıcı olub yoluxdura bilər. Ona görə də biz məktəblilərin toplanmasından ehtiyat etmirik. Biz əsasən şagirdlərin müəllimlərlə təması nəticəsində bu virusun yayılmasından ehtiyat edirik. Yəni şagirdlər bu virusa yoluxaraq başqalarına yoluxdura bilər"

A. Qurbanov bildirib ki, buna görə də hesab olunur ki, məktəbə qədər müəssiələrin açılmasında xüsusi qaydalar olacaqdır. Sxılığın azaldılması, kütləviliyin az olması ilk növbədədir. Valideynlərlə məktəbəqədər müəssisələrin müəllimlər arasında müzakirələrin aparılması, prosesin nizamlanması ilə uşaqların yoluxması məsələsi minumuma endiriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.