"Təmiz Şəhər" ASC "Təmiz Qala" layihəsi çərçivəsində Qala qəsəbəsində tullantıların çeşidlənməsi və daşınması işlərini davam etdirir.
ASC-dən Milli.Az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə həyata keçirilən preventiv tədbir olaraq, qəsəbədə yerləşdirilən 150-dən artıq tullantı meydançalarında mütəmadi dezinfeksiya işləri aparılır, tullantı qutuları xüsusi qurğular vasitəsilə yuyulur.
Bununla yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi də xüsusi texnikalar vasitəsilə gündəlik təmizlənir və dezinfeksiya edilir.
Milli.Az