Tovuz döyüşlərində şəhid olan mayor Namiq Əhmədovun yaşamış olduğu ev təmir olunub.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən ev Prezident İlham Əliyevin tapşırığı ilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təmir olunub.
Artıq təmiri başa çatdırılmış ev şəhidin ailəsinə təhvil verilib.
Milli.Az