Baş Prokurorluq ictimai köməkçilərə vəsiqə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Milli.Az APA-ya istinadən bildirir ki, Baş Prokurorluğun "Instagram" səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda prokurorluq orqanlarında ictimai köməkçilərə vəsiqə verilməsi nəzərdə tutulmayıb: "Lakin bu məsələyə gələcəkdə baxıla bilər".
Qeyd edək ki, Baş Prokurorluğun "Instagram" səhifəsində sual-cavab sessiyası keçirilir. Saat 09:00-dan başlayan sessiya 15:00-dək davam edəcək.
Milli.Az