Baş Prokurorluq: "İctimai köməkçilərə gələcəkdə vəsiqə verilə bilər"

21 Avqust 2020 11:27

Baş Prokurorluq ictimai köməkçilərə vəsiqə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 

Milli.Az APA-ya istinadən bildirir ki, Baş Prokurorluğun "Instagram" səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda prokurorluq orqanlarında ictimai köməkçilərə vəsiqə verilməsi nəzərdə tutulmayıb: "Lakin bu məsələyə gələcəkdə baxıla bilər".  

Qeyd edək ki, Baş Prokurorluğun "Instagram" səhifəsində sual-cavab sessiyası keçirilir. Saat 09:00-dan başlayan sessiya 15:00-dək davam edəcək.

Milli.Az