İdman

UEFA bu 3 oyunu xanım hakimimizə tapşırdı

13 Oktyabr 2025 17:50
Baxış: 271
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupunda keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan - Albaniya, 23-də Albaniya - İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya - Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referi Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşmalar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.