Xaricdə təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının təsis konfransı keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaricdə təhsil alıb, ölkəyə qayıdan və müxtəlif sahələrdə çalışan bir qrup gənc avqustun 15-də "Azərbaycanlı Tələbə və Məzunlar Platforması"nın (ASAP - Azerbaijani Students and Alumni Platform) təsis konfransını keçiriblər.
ASAP hazırda xarici ölkələrdə təhsil alan tələbələri və artıq təhsilini başa vurmuş gəncləri birləşdirməyi hədəfləyir. Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayacaqdır.
ASAP tələbə və məzunlar arasında şəbəkələşmənin təmin edilməsini, gənc kadrların karyera inkişafının dəstəklənməsini, təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsini, həmçinin Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması və Azərbaycanla, o cümlədən Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını da qarşısına məqsəd qoymuşdur. Bu məqsədlərə müxtəlif özəl və dövlət qurumları ilə əməkdaşlıq vasitəsilə nail olunması planlaşdırılır.
Təsis konfransına qatılan Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL), Azərbaycan İtaliya Gənclər Assosiasiyası, Benelüks Azərbaycanlı Tələbələr və Məzunlar təşkilatları ASAP-ın fəaliyyətinə dəstəklərini ifadə etmişlər.
ASAP hal-hazırda təhsilini xaricdə davam etdirən tələbələri platformaya qoşulmağa dəvət edir. Platformanın Facebook (https://www.facebook.com/asaplatform2020/) və Instagram (https://www.instagram.com/asaplatform/?hl=en) səhifələrində bütün yeniliklərlə tanış olmaq mümkündür.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızılın qiyməti son ayların rekordunu yenilədi
-
Neftin qiyməti yenidən gündəmdə - Bazarda son vəziyyət
-
Robert Köçəryan saxlanıldı
-
“Sabah” bu gü cavab oyununa çıxacaq
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Qayınata kürəkəni tərəfindən öldürüldü - Ağdamda qətl
-
Paytaxtın bu küçələrində tıxac var
-
İntiqam Kərimova ağır itki - (Video)
-
iPhone” alanların nəzərinə!
-
Motosiklet oğrularını tutub dirəklərə bağlayır – Sirli qisasçı
-
Bu 3 bürcü böyük sürprizlər gözləyir
-
Müflisləşən məşhurlar -Milyonlar əllərindən necə çıxdı?
-
Stress bu xəstəliyini kəskinləşdirə bilər
-
Bir insanın sizdən xoşu gəldiyini göstərən 7 gizli əlamət
-
Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?
-
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
-
Dünyanın ən təhlükəli canlısı: İldə 700 mindən çox insan ölür
-
Toya xeyli pul xərcləyənlər arasında boşanmalar daha çoxdur
-
Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın
-
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
-
Bu 3 bürcü böyük sürprizlər gözləyir
-
Azad Kəlbəcərin ilk təhsil müəssisəsinin yeganə şagirdi tələbə oldu
-
Nərgiz Cəlilova efirə qayıdır
-
Bu ixtisasa keçid balı 697 oldu





