Cəmiyyət

"Zaurla Günaydın" verilişində baş verənlərə MTRŞ-dən REAKSİYA

17 Avqust 2020 14:28
Baxış: 56 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ATV-nin efirində yayımlanan "Zaurla Günaydın" verilişinin sosial izolyasiya qaydalarının tətbiqindən əvvəl çəkildiyi ilə bağlı yayılan xəbərlərə Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov münasibət bildirib.

Milli.Az xəbər verir ki, metbuat.az-a açıqlama verən Təvəkkül Dadaşov bildirdi ki, verilişdə qonaqlardan birinin maska taxması o demək deyil ki, veriliş sosial izolyasiya qaydaları tətbiq olunan müddətdə çəkilib.

''Hər birimiz özümüzü bir qədər xəstə hiss edən kimi maska geyinirik. Bu verilişdə iştirakçı olan qonaq da ola bilər ki, çəkiliş müddətində özünü yaxşı hiss etmədiyi üçün maska geyinərək qorunmaq istəyib'.'

Təvəkkül Dadaşov xüsusi ilə vurğulayıb ki, ölkədə fəaliyyət göstərən televiziyalar mütəmadi olaraq Covid-19 ilə mübarizədə əhalini məlumatlandıraraq virusdan qorunmaq üçün maarifləndirmə xarakterli verilişləri yayımlayıb, pandemiya ilə mübarizədə köməklik göstərirlər.

Milli Televiziya və Radio Şurası koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə fəaliyyət göstərən televiziyaların gördüyü bu işləri yüksək qiymətləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.