Cəmiyyət

"Çin və İtaliyadan gələn həkimlər ödənişli əsaslarla fəaliyyət göstərmirlər" - Operativ Qərargah

15 Avqust 2020 12:35
Baxış: 1 141

Koronavirusla mübarizəyə dəstək məqsədilə Çin və İtaliyadan ölkəmizə gələn həkimlər ödənişli əsaslarla fəaliyyət göstərmirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, Çin və İtaliyadan həkimlər Azərbaycana ölkələrarası əməkdaşlıq şəraitində ölkəmizə səfər ediblər: "Ancaq xaricdən uzun müddət çalışmaq üçün gələn həkimlər də var. Biz TƏBİB olaraq,onların tibbi baxımından fəaliyyətlərinin qiymətləndirilməsi ilə məşğul oluruq. Amma bu həkimlərin maddi təminatı ilə suala cavab verə bilmərəm".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.