Koronavirusla mübarizəyə dəstək məqsədilə Çin və İtaliyadan ölkəmizə gələn həkimlər ödənişli əsaslarla fəaliyyət göstərmirlər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, Çin və İtaliyadan həkimlər Azərbaycana ölkələrarası əməkdaşlıq şəraitində ölkəmizə səfər ediblər: "Ancaq xaricdən uzun müddət çalışmaq üçün gələn həkimlər də var. Biz TƏBİB olaraq,onların tibbi baxımından fəaliyyətlərinin qiymətləndirilməsi ilə məşğul oluruq. Amma bu həkimlərin maddi təminatı ilə suala cavab verə bilmərəm".
Milli.Az