Cəmiyyət

Rusiyadan peyvənd alınacaq? - TƏBİB cavab verir

15 Avqust 2020 12:02
Baxış: 3 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada koronavirus xəstəliyinə qarşı istehsal olunan peyvəndin alınması ilə bağlı danışıqlara başlamamışıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hər bir peyvəndin istehsalı ilə bağlı proseslər, məlumatlar ümidlə izlənilir. Amma hər peyvənd istifadə edilməmişdən əvvəl 3 əsas yoxlama prosesindən keçməlidir: "Çünki biz peyvənd tamamilə zərərsiz, koronavirus üçün effektli olduğu zaman onun ölkəmizə alınıb gətirməyi düşünürük. Bu istiqamətdə beynəlxalq, məşhur Avropa şirkətləri ilə danışıqlar aparılır. Amma hazırda Rusiyadakı peyvəndin tətbiqinin nəticəsini gözləmək lazımdır. Məlumatar çox ümidvericidir, amma indi onun istifadəsi ilə bağlı konkret fikir söyləmək çox tezdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.