Cəmiyyət

"Sertifikatlaşdırılmış peyvənd bazara çıxarılacağı təqdirdə alınması üçün işlər görüləcək" - Operativ Qərargah

15 Avqust 2020 11:59
Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peyvəndlərlə bağlı müxtəlif araşdırmalar aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, Azərbaycan bu araşdırmaları yaxından izləyir: "Tədqiqatlarda iştirak edən şəxslərlə fikir mübadiləsi aparılır. Sertifikatlaşdırılmış peyvənd bazara çıxarılacağı təqdirdə Azərbaycan Respublikası tərəfindən onun alınması, vətandaşlara çatdırılması üçün işlər görüləcək. Bununla bağlı Operativ Qərargahın tərkibində xüsusi əməkdaşlar var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.