Cəmiyyət

"Yumşalmalar olduqca yoluxanların artması gözlənilən idi" - TƏBİB

15 Avqust 2020 11:41
Baxış: 1 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəndaşları gündəlik yoluxma sayında kiçik artımların olması narahat edir. Ancaq karantindən sonra açılmalara getdiyimiz zaman belə artımların olmasına hazır olmalıyıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, gigiyenik qaydalara elə əməl edilməlidir ki, bu artımlar nəzarət edilən həddə olsun. Yoluxmaların sayının sağalma sayından çox olmaması da əsasdır.

Y.Qarayeva əlavə edib ki, hazırda ölkədə aktiv xəstə sayı 2024 nəfər olub.

O, Bakıda hazırda xəstəxanalarda dolma səviyyəsinin 24 faiz olduğunu nəzərə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.