2020-ci ilin 6 ayı ərzində ev şəraitində 83 uşaq doğulub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
O bildirib ki, ev şəraitində doğulan uşaqların aşkar olunması sahəsində bir sıra işlər görülüb, maarifləndirmə işləri aparılıb:
"Valideynlərə doğum faktının müəyyənləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etməsinə hüquqi yardım göstərilib".
Milli.Az