Əli Abbasov işdən çıxarıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru vəzifəsinə təyin edilib.

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən tədbirdə Vasif Abbasov kollektivə təqdim olunub.
Milli.Az bildirir ki, tədbiri giriş nitqi ilə açan AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri professor Elton Məmmədov V. Abbasovu kollektivə təqdim edərək onun şəxsi keyfiyyətləri, idarəçilik təcrübəsindən bəhs edib. O, Vasif Abbasovun öz zəngin idarəçilik təcrübəsi ilə YT Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Həmçinin, E. Məmmədov YT Parkın fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, son zamanlar YT Parkda əhəmiyyətli işlərin icra olunduğunu bildirib.

Tədbirdə çıxış edən Vasif Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib, Parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, V. Abbasovdan əvvəl "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov idi. O, 2004-cü ildən 2014-cü ilə qədər Rabitə və İnformasiya Texnologiyaları naziri, 2014-2015-cü illərdə isə Rabitə və Yüksək Texnologiyalar naziri olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Korrupsiya barədə məlumat verənlərə 20 min manat veriləcək?
-
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
-
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Plener əsərlər sərgisi açılacaq
-
Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
-
Korrupsiya barədə məlumat verənlərə 20 min manat veriləcək?
-
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
-
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb - (Foto)
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Azərbaycana məğlubiyyətə görə istefa verdi
-
"Bavariya" Harri Keyn barədə qərarını verdi
-
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı - (Yenilənib)
-
Qara dənizdə dronla vurulan gəmi ilə bağlı "PALMALI"dən açıqlama
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
Zidan Fransa millisində tarixə düşdü
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?





