Orta məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsi məqsədəuyğun sayılmır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkil edilməsi mümkün hesab edilmir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Təhsil İnstitutunun hazırladığı təkliflərdə əks olunub.
Təkliflərə görə, ümumi təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilərsə, bu halda yalnız uyğunlaşdırılmış tədris planlarının tətbiqi mümkündür.
Tədrisin təşkili müxtəlif təhsil pillələrinin xüsusiyyətlərindən və təhsil müəssisələrinin fəaliyyətinin epidemioloji vəziyyətə mümkün təsirləri nəzərə alınmaqla həyata keçirilə bilər. Təhsil Nazirliyi tərəfindən bütün fənlər və siniflər üzrə teledərslər və Virtual Məktəb layihəsinin davam etdirilməsi nəzərdə tutulmalıdır.
Müəssisələrin fəaliyyəti bərpa olunduğu təqdirdə ölkədə mövcud olan "sarı" və "narıncı" zonalara uyğun olaraq müvafiq tədris planlarının tətbiqi tövsiyə edilir. Bu halda fənlərin bir qismi sinif otaqlarında, digər bir qismi isə onlayn qaydada tədris edilə bilər. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinfin yarımqruplara bölünməsi məqsədəuyğun hesab edilir.
Həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsi və digər sanitar-gigiyena standartlarının aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tətbiqi nəzərdə tutulmalıdır.
Yuxarı siniflərdə məktəbdə təşkil edilən dərs saatları, əsasən, tapşırıqların həlli, əlavə izahların verilməsi, şagirdlərə dəstək göstərilməsi məqsədi daşımalıdır. Bu saatlar müddətində həmçinin qiymətləndirmənin təşkili də nəzərdə tutula bilər.
Epidemioloji vəziyyət kəskin pisləşdiyi halda sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilərsə, təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılmalıdır.
"Sarı" zonalarda özəl məktəblərin fəaliyyəti Təhsil Nazirliyi tərəfindən müəyyən edilən nümunəvi tədris planlarına uyğun həyata keçirilməlidir. Bu zonalarda uşaqların qidalanması və digər tədbirlərin həyata keçirilməsinə icazə verilə bilər.
"Narıncı" zonalarda uyğunlaşdırılmış tədris planına uyğun tədrisin təşkilinə icazə verilsə də, qidalanma, dərsdənkənar fəaliyyət və digər fəaliyyət növlərinə icazə verilməsi məqsədəuyğun hesab edilmir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sədərək” və “Binə” bağlanır?
-
Bakıda skuter və velosiped sürücülərinə xəbərdarlıq edildi - (Video)
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb - (Foto)
-
Bakının bu ərazisində zibil, ilan və küçə itləri sakinləri çıxılmaz vəziyyətdə qoyub
-
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
-
Lökbatanda "unudulmuş" küçə: Sakinlər palçıq və zibil içində əziyyət çəkir
XƏBƏR LENTİ
-
ABŞ hökuməti sentyabrda fəaliyyətini dayandıra bilər
-
"Xanım əməkdar artist dedi ki, zəhləm gedir Elşaddan" - (Video)
-
Tovuzda 3 kiloqram narkotik aşkarlanıb - İki nəfər həbs edildi - (Video)
-
Colinin daha bir qızı atasının soyadından imtina edir
-
“Sədərək” və “Binə” bağlanır?
-
DÇ-2026: Erlinq Haaland zirvədə, Vozinya isə hamını təəccübləndirdi
-
“Zirə” bu gün növbəti oyuna çıxır
-
Flora Kərimovanın ABŞ-də ifasını dinləyən afroamerikalının reaksiyası - (Video)
-
İlk dəfə “amansız isti gün” xəbərdarlığı verildi - Yaponiyada
-
Bakıda skuter və velosiped sürücülərinə xəbərdarlıq edildi - (Video)
-
Azərbaycan nefti bahalaşdı
-
Acun Ilıcalının həyat yoldaşı dava saldı - (Video)
-
Messinin komanda yoldaşı oldu
-
Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı
-
Aİ-95 benzin bahalaşacaq?
-
46 yaşlı Murat Boz görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Londondan təcili xəbərdarlıq: İranı Ermənistan vasitəsilə tərk edin
-
Bu günün valyuta məzənnələri açıqlandı
-
Neft bahalaşdı: Brent 96 dolları keçdi
-
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın başladı
-
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
-
Həcc ziyarətində yaşadıqlarını danışıb kövrəldi
-
Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
-
D vitamini almaq üçün nə qədər günəş altında qalaq?





