Cəmiyyət

Məşhur aktyor: "Könüllü olaraq Azərbaycan ordusuna yazılmağa hazıram" - VİDEO

7 Avqust 2020 20:04
Baxış: 1 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əslən azərbaycanlı olan aktyor Tamer Karadağlı Azərbaycanda könüllü olaraq orduya yazılmağa və Ermənistanla müharibə olarsa, iştirak etməyə hazır olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, aktyor "Jülide Ateşle 40" verilişində qonaq olub. O, aparıcının "Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?" sualına cavab verib:

"Məni bu yaşdan sonra qəbul etməzlər, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Bir millət, iki dövlətik deyirik. Odur ki, öz vəzifələrimizi yerinə yetirməliyik".

"Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?" sualına isə aktyorun cavabı belə olub:

"Darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, Bakıya ilk dəfə iki əvvəl getmək qismət oldu. Yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.