“Qarabağ" memorial muzey kompleksinin layihəsi müzakirə olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 31-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilati dəstəyi ilə "Azərbaycan Diaspor Qadınları Şəbəkəsi" layihəsi çərçivəsində videokonfrans keçirilib.
Qurumdan Milli.Az-a verilən məlumata görə, virtual tədbirə Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri qatılıb. Videokonfransı Dövlət Komitəsinin əməkdaşı Lalə İsgəndərova və "Chiza Architectural Bureau"nun təsisçisi, baş memarı Zəki Cəbiyev giriş nitqi ilə açıb və qonaqları salamlayıblar. Türkiyədə fəaliyyət göstərən diasporumuzun nümayəndəsi, memar Nurlan Yusifovun moderatorluğu ilə aparılan tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Zəhra Hacıyeva müəllifi olduğu "Qarabağ" memorial muzey kompleksi layihəsini təqdim edib.
Zəhra Hacıyeva bildirib ki, "Qarabağ" memorial muzey kompleksi layihəsi işğal altında olan Ağdam, Qubadlı, Fizuli, Laçın, Kəlbəcər, Cəbrayıl, Zəngilan rayonlarına və Xocalı şəhərinə həsr olunub. Qeyd edilib ki, muzey kompeksi səkkiz hissədən ibarətdir. Kompleksdəki hər bir abidə işğal edilmiş Ağdam, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər, Cəbrayıl, Zəngilan rayonlarına və Xocalı şəhərinə xas olan xüsusiyyətləri özündə əks etdirir.
Təqdimatı böyük maraqla qarşılayan azərbaycanlı memarlar layihəni müsbət qiymətləndirdiklərini bildiriblər. Tədbir görüşə qoşulan iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə davam edib.
Videokonfrans https://www.facebook.com/ChamomileWomen ünvanı üzərindən canlı yayımlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu
-
AZAL təyyarəsinin vurulmasına görə kompensasiya yaxın zamanda ödəniləcək
-
AZAL İdarə Heyətinin sədri aviabiletlərin qiymətlərindən danışdı
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
XƏBƏR LENTİ
-
Qarında şişkinliyi azaltmağın sadə yolları açıqlandı
-
40 yaşdan sonra hamıya lazım olan İÇKİ
-
Çia toxumunun faydaları
-
Bu ölkədə itlər də məktəbə gedir - FOTO
-
"Atalı-analı illərim..." - FOTO
-
Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur
-
"Netflix" aktyoru ölü tapıldı - FOTO
-
Bakıda binanın pilləkəni çökdü - VİDEO
-
"Həmin əməliyyatdan sonra peşman oldum"
-
Günün qoroskopu: Alış-veriş edərkən ehtiyatlı olun
-
Elçin villasından VİDEO paylaşdı
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu
-
Konsulun həlak olduğu qəza yerindən VİDEO
-
Həddindən artıq çəki atması diqqət çəkdi - FOTO
-
Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
-
Bakıda “Hyundai” markalı avtomobil yandı
-
Azərbaycanın Təbrizdəki konsulu faciəvi şəkildə həlak oldu
-
Qadın karateçimiz Avropa çempionu olub
-
Xalq artisti oğluna xeyir iş etdi - FOTO
-
AZAL təyyarəsinin vurulmasına görə kompensasiya yaxın zamanda ödəniləcək
-
Sobada pambıq kimi antrikot resepti
-
AZAL İdarə Heyətinin sədri aviabiletlərin qiymətlərindən danışdı
-
77 yaşlı Xalq artisti oğluna toy edir





