Cəmiyyət

“ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərində işləməyəcək

30 İyul 2020 18:51
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31 iyul - 3 avqust tarixində Qurban bayramı ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Milli.Az bildirir ki, "ASAN xidmət"dən Trend-ə verilən məlumata görə, 4 avqust tarixindən etibarən vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Belə ki, 27 aprel tarixindən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.