Azərbaycanda metadonla müalicə ilə narkoloji asılılıqdan tam azad olunmaq mümkündür.
"Metadon müalicə üçün istifadə edilsə də, hər narkotik preparat kimi onun da mənfi təsiri var. Bu isə həmin preparatın sintetik narkotik olması ilə əlaqəlidir. Amma buna baxmayaraq, metadonla müalicə nəticəsində narkoloji asılılıqdan tam azad olmaq olar". Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova deyib.
O bildirib ki, 2010-cu ilin statistikasına görə, mərkəzdə 25 489 nəfər narkoman qeydiyyata alınıb. Hazırda isə ölkə üzrə yalnız 152 nəfər narkoman metadonla müalicə edilir. Bunu az rəqəm hesab etməyən direktor müavini qeyd edib ki, metadon bütün narkomanların müalicəsi üçün təyin edilmir.
"Metadonla müalicə proqramına daxil olmaq üçün narkoman ən azı 12 il ərzində narkotik preparatları qəbul etməli, xəstənin ən azı 2 dəfə uğursuz nəticələnmiş müalicəsi olmalıdır. Bunlardan əlavə, yanaşı xəstəliklər - vərəm, diabet, qarışıq ruhi pozuntular olduqda da narkomanların müalicəsi üçün metadondan istifadə oluna bilər. QİCS-li xəstələr də metadonla müalicə proqramına daxil ola bilər. Hepatit B xəstəliyi ilə bağlı preparatların qəbulu nəticəsində fəsadlar varsa, belə narkomanlar üçün metadonla müalicənin tətbiqi mümkündür", - Səmədova deyib.
O əlavə edib ki, metadonla müalicə edilən xəstələrdə bu dərmandan istifadəni birdən-birə dayandırmaq olmaz.
Narkomanların müalicəsi zamanı həkimlər tərəfindən metadonun istifadəsinin qəfildən dayandırılması barədə söhbətləri əsassız sayan mərkəzin direktor müavini qeyd edib ki, xəstəni metadonla müalicə edən həkimlər bu dərmandan istifadəni birdən-birə dayandırmırlar.
"Həkimlər xəstə üçün metadonun istifadəsini heç bir səbəb olmadan birdən-birə kəsmirlər. Narkoman metadonla müalicə olunursa və o, detoksikasiya (narkomanların kompleks müalicəsinin ilk mərhələsidir) mərhələsini keçirsə, narkoman xəstə özü metadonun dozasını tədricən azaltmaqla proqramdan çıxa bilər", - Səmədova qeyd edib.
Metadon narkomanların müalicəsi üçün istifadə edilən effektiv dərmandır. Metadonun tarixi 60 ildən çox hesablanır. 1963-cü ildən narkomanların müalicəsi üçün tibbdə "Metadon" proqramı tətbiq edilir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda metadonla müalicə ilə narkoloji asılılıqdan tam azad olunmaq mümkündür?
21 Dekabr 2011 13:46
Baxış: 13 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bakıda yaponlar kirayə qaldığı evi görün necə təhvil verdilər - VİDEO
-
Toyda əsgər qardaşından gəlinə SÜRPRİZ - VİDEO
-
Gürcüstan polisi azərbaycanlını saxladı - Deportasiya olunacaq
-
Vəkil "üsyan etdi": 50 boşanmadan 49-u siz, evli kişilərdən ƏL ÇƏKİN" - VİDEO
-
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
-
Bu avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
XƏBƏR LENTİ
-
İsrail Trampdan "yaşıl işıq" gözləyir: 48 saat...
-
Sabah da yağış yağacaq, şimal-qərb küləyi əsəcək
-
Bakıda yaponlar kirayə qaldığı evi görün necə təhvil verdilər - VİDEO
-
“Kurtlar Vadisi”nin aktyorunun oğlunu görənlər TƏƏCCÜBLƏNİR - FOTO
-
Mbappe Fransa millisindən AYRILIR? - "Qol vurmayanda mənə meymun deyənlər..."
-
"Tehrana hücumda İranın bir çox hərbi lideri məhv edilib"
-
19 yaşlı gənc bacı söhbətinə görə öldürülüb - Yenilənib
-
"İranın Neft və qaz nazirinin oğlunun xanımı idim"
-
Eldar Əzizov su basan əraziyə getdi - FOTOlar
-
Tramp Tehrana yeni zərbələrin VİDEOsunu paylaşdı
-
34 yaşında karyerasını bitirdi
-
"Fədayə özü deyib ki, İÇİRƏM, mən içkili olduğunu görməmişdim”
-
Qonşu ölkədə də evləri su basdı - Sel gəlib
-
Nüfuzlu mafiya üzvü SAXLANILDI
-
FHN su basmış ərazilərin sakinlərini təxliyə edir - FOTOlar
-
"Uşağıma toxunsanız, boğazınızı ÜZƏRƏM" - VİDEO
-
İranın hava məkanı bu tarixədək bağlı qalacaq
-
Anasının görüntüsünü görən müğənni hönkür - hönkür AĞLADI - VİDEO
-
Əlikram Bayramov qaydaları pozdu
-
Toyda əsgər qardaşından gəlinə SÜRPRİZ - VİDEO
-
1 yaşlı uşaq xəstəxanada ÖLDÜ
-
Azərbaycanlı məşhurların bahalı avtomobil nömrələri MÜZAKİRƏ YARATDI - VİDEO
-
İran Küveytdə nazirlik binasını VURDU
-
Xatirənin tənqidlərə səbəb olan məclisdəki həmin GEYİMİ - VİDEO





