Cəmiyyət

AZAL daha 201 nəfər Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirib - FOTO

26 İyul 2020 21:51
Baxış: 1 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın Milli aviadaşıyıcısı 26 iyul tarixində daha bir çarter reysi ilə Moskvadan "COVID-19" koronavirus pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı qaytarmışdır.

AZAL-dan Milli.Az-a verilən məlumata görə, sözügedən reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.

Reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanan plana əsasən həyata keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.