Cəmiyyət

Azərbaycanda avtomobil kreditləri bahalaşıb

25 İyul 2020 18:12
Baxış: 2 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin III rübü ərzində Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi artıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından APA-ya verilən məlumata görə, cari ilin iyulun 1-nə milli valyutada verilən avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 18%, ABŞ dolların verilən kreditlər üzrə isə 16% təşkil edib.

Xatırladaq ki, bu il aprelin 1-nə eyni kateqoriyadan olan kreditlər üzrə orta faiz dərəcəsi müvafiq olaraq 17% və 15% səviyyəsində olub. Bu da öz növbəsində əvvəlki rübün yekunu ilə müqayisədə 1 faiz bəndi artım olmasını əks etdirir.

Məlumata əsasən, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə orta faiz dərəcəsi milli valyutada 22%, ABŞ dollarında 11% təşkil edib. Aprelin 1-nə bu göstəricilər müvafiq olaraq 22% və 10% olub.

Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər (yaşayış sahəsinin alınmasına və tikintisinə verilmiş kreditlər istisna olmaqla) üzrə orta faiz dərəcəsi bu müddətdə dəyişməyərək manatda 21%, dollarda 13%, kredit kartı vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi manatda 23%, dollarda 11%, digər valyutalarda 14%( aprelin 1-nə müvafiq olaraq 23%, 10% və 14%) təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.