Cəmiyyət

Türkiyədə müalicədə olan Vahid Əhmədov Azərbaycana qayıdıb

18 İyul 2020 14:58
Baxış: 1 662
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclisin deputatı Vahid Əhmədov Türkiyədən qayıdıb.

Milli.Az bildirir ki, bu barədə APA-ya Vahid Əhmədovun köməkçisi Arif Orucov məlumat verib.

O bildirib ki, Vahid Əhmədov həftənin 1-ci günü ölkəyə çarter reysi ilə qayıdıb:

"Hazırda evindədir və səhhəti yaxşıdır. Müalicə qəbul etməyə də ehtiyac qalmayıb. Vahid Əhmədov hazırda istirahət edir və işləri ilə maraqlanır".

Qeyd edək ki, deputat Vahid Əhmədov bir müddət öncə deputat ürəyində yaranan problemlə əlaqədar özəl təyyarə ilə Türkiyəyə aparılmışdı.

O, 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.