Cəmiyyət

Ekspress avtobuslar yenidən fəaliyyətə başlayıb

6 İyul 2020 07:48
Baxış: 1 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunub.

Milli.Az bildirir ki, bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib.

Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.

Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən aşağıda qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.