Cəmiyyət

Sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə “işverən” deyən gənc saxlanıldı - FOTO

5 İyul 2020 23:45
Baxış: 7 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Fairmont Baku" otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham etmişdi.

O, video çəkərək media nümayənələrini və sosial şəbəkə istifadəçilərini "işverən" adlandırmışdı.

Daha sonra Daxili İşlər Nazirliyinin həmin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmamışdı.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb.

O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.

Onun barəsində qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.