İyun ayı ərzində 214 ədəd partlamamış hərbi sursat, 5 ədəd tank əleyhinə mina tapılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci ilin iyun ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Şəmkir, Tərtər rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 731 034 m² (73,1 ha) ərazi yoxlanılmış, 214 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd tank əleyhinə mina (cəmi: 219 ədəd) və 47 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan Milli.Az-a verilən məlumata görə, əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 116 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İyun ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 17 (on yeddi), Dövlət Sərhəd Xidmətindən (DSX) - 3 (üç), Rayon Polis şöbələrindən (RPŞ) - 3 (üç) müraciət daxil olub (cəmi: 26 çağırış). Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Füzuli, Goranboy, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Şəmkir, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 10 730 m² ərazi yoxlanılmış, 46 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 50 ədəd) və 47 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 544 786 682 m² (54 478,67 ha) ərazi təmizlənib, 807 819 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
2020-ci ilin iyun ayı ərzində Ağstafa rayonu ərazisində mina hadisəsi qeydə alınıb, nəticədə 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çimərliyə gedən yola şlaqbaum qoyulub, ödəniş alınır - ŞİKAYƏT - FOTO
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - (Fotolar)
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Yasamalda yaşayış evində dəhşətli partlayış: Ölən və yaralananlar var
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
Çimərliyə gedən yola şlaqbaum qoyulub, ödəniş alınır - ŞİKAYƏT - FOTO
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - (Fotolar)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Yasamalda yaşayış evində dəhşətli partlayış: Ölən və yaralananlar var
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi





