Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti təkcə təbii resursları və ya iqtisadi potensialı ilə deyil, rəqəmsal transformasiyanı nə dərəcədə uğurla həyata keçirməsi ilə də müəyyən olunur".
Bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.
O, bildirib ki, son illərdə Azərbaycanda bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar göstərir ki, ölkə artıq rəqəmsallaşmanı ayrıca bir sahə kimi deyil, ümumi inkişaf strategiyasının əsas sütunlarından biri kimi qəbul edir. "Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan dövlət siyasəti bu sahədə uzunmüddətli hədəfləri müəyyənləşdirməklə yanaşı, onların icrasını təmin edən institusional mexanizmləri də formalaşdırır. Cari ilin fevral ayında dövlət başçısının sədrliyi ilə keçirilmiş müşavirədə qəbul edilən qərarlar Azərbaycanın rəqəmsal inkişaf mərhələsində yeni səhifə açdı. Ardınca təsdiq edilən 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik istiqamətlərində qarşıdakı dövrün əsas prioritetlərini müəyyən etdi. Bu sənədin mühüm xüsusiyyətlərindən biri onun ayrı-ayrı layihələrin məcmusu deyil, vahid strateji inkişaf konsepsiyasının tərkib hissəsi kimi hazırlanmasıdır."
Millət vəkili deyib ki, dövlət idarəçiliyinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı bu yanaşmanın əsas məqsədləridir: "Əlbəttə ki, bu prosesdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Şuranın bu il iyunun 29-da keçirilən ilk iclasında çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva vurğuladı ki, əsas məqsəd müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid yanaşmanın formalaşdırılması və qəbul olunan qərarların vaxtında, səmərəli icrasının təmin edilməsidir. Bu yanaşma rəqəmsallaşmanı yalnız texnoloji yenilənmə kimi deyil, idarəetmə mədəniyyətinin müasirləşdirilməsi prosesi kimi təqdim edir. Çıxışda diqqət mərkəzinə çəkilən digər mühüm məqam rəqəmsal transformasiyanın iqtisadi inkişafla birbaşa bağlı olmasıdır. Qeyd olunduğu kimi, yeni texnologiyaların tətbiqi ölkə iqtisadiyyatına əlavə impuls verməli, müasir innovasiya ekosistemi formalaşdırmalı, investisiyaların cəlbini sürətləndirməli və dövlət idarəçiliyinin səmərəliliyini artırmalıdır. Bu baxış rəqəmsal inkişafın yalnız texniki yeniliklərlə məhdudlaşmadığını, onun iqtisadi və institusional modernləşmənin əsas alətlərindən birinə çevrildiyini göstərir. Təsadüfi deyil ki, Fəaliyyət Planı ölkədə qəbul olunmuş digər strateji sənədlərlə tam uzlaşdırılıb. Rəqəmsal inkişaf, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və süni intellekt üzrə müəyyən edilmiş prioritetlərin vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilməsi dövlət siyasətinin ardıcıllığını və sistemliliyini təmin edir. Dövlət qurumlarında rəqəmsallaşma təşəbbüslərinə rəhbər müavini səviyyəsində məsul şəxslərin müəyyənləşdirilməsi isə qəbul olunan qərarların operativ və məsuliyyətli icrasına xidmət edən mühüm institusional addımdır. Bütün bunlar göstərir ki, Azərbaycanda rəqəmsal transformasiya artıq ayrıca layihələr toplusu deyil, dövlət idarəçiliyinin yeni inkişaf fəlsəfəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən koordinasiya mexanizmləri bu sahədə institusional dayanıqlığı gücləndirir. Nəticə etibarilə, ölkənin rəqəmsal gələcəyini təmin edəcək müasir idarəetmə modeli formalaşır və bu model Azərbaycanın innovativ inkişaf yolunda mövqeyini daha da möhkəmləndirir".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı narahatlığa rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
-
Deputatdan pensiyalarla vacib məlumat
-
Bilgəh Sanatoriyasının ərazisində çimərliyə giriş pullu oldu - Şikayət (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - İddia (Fotolar)
XƏBƏR LENTİ
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı narahatlığa rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
-
Rusiya ordusu Donetskin şəhərini ələ keçirdi
-
Deputatdan pensiyalarla vacib məlumat
-
Bilgəh Sanatoriyasının ərazisində çimərliyə giriş pullu oldu - Şikayət (Foto)
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - İddia (Fotolar)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı





