Cəmiyyət

Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ

4 İyul 2026 12:33
Baxış: 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Yasamal rayonunda, Kamil Rəhimov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısında yol piyadalar üçün nəzərdə tutulmuş pilləkənlə bitir.

Milli.Az xəbər verir ki, sakinlər bildirirlər ki, ərazini yaxşı tanımayan bəzi sürücülər pilləkəni vaxtında fərq etmədikləri üçün burada yol-nəqliyyat hadisələri baş verir.

Onların sözlərinə görə, bu cür qəzalar dəfələrlə yaşanıb və ətrafda yaşayanlar tez-tez hadisə yerinə gələrək sürücülərə kömək edirlər. Yasamal Rayon İcra Hakimiyyəti isə problemin həlli məqsədilə həmin ərazidə qoruyucu dirəklərin quraşdırılacağını açıqlayıb.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.