Cəmiyyət

Rayonlara axın edənlər geri dönür: Bakının girişində böyük tıxac - VİDEO - FOTO

16 İyun 2020 08:18
Baxış: 3 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həftəsonu sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı rayonlara üz tutan paytaxt sakinlərinin geri qayıtması Bakı-Ələt postunda tıxaca səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, səhər saat 06:00-dan başlayaraq yaranmış tıxacın uzunluğu hazırda bir neçə kilometrə çatır.

Bəzi sürücülər tıxacdan çıxa bilmək üçün kənar yollardan istifadə edir.

Qeyd edək ki, Azərbaycanın bir neçə iri şəhər və rayonlarında, eləcə də Bakıda həftəsonu sərt karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul edilib. Bu səbəbdən şəhərin çıxış postlarında böyük tıxac müşahidə edilib. Bir çox sürücülər şəhəri torpaq yollarla tərk etməyə çalışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.