Cəmiyyət

Kimsəsiz Bakı küçələrindən yeni görüntülər - Cərimələnənlər də var - FOTO

14 İyun 2020 12:54
Baxış: 8 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gecədən etibarən Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib. Hazırda proses davam edir, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir.

Hazırda küçələrdə insanların hərəkəti nəzərə çarpmır, yollarda isə nadir hallarda avtomobillərə rast gəlinir.

Qeyd edək ki, sərt karantin rejimi 16 iyun 06:00-dək davam edəcək. Sərt karantin rejiminin tələblərini pozaraq evdən çıxan şəxslər cərimə və yaxud həbs oluna bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.