Cəmiyyət

Goranboyda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

13 İyun 2020 23:23
Baxış: 1 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.