"Hazırki vəziyyət həftəsonu ciddi karantin rejiminin tətbiq edilməsini zəruri edir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çox təəssüflər olsun ki, koronavirus pandemiyası Azərbaycanda artıq genişlənməyə başlayıb. Son 10 gündə dinamik olaraq yoluxanların sayı sağalanların sayını üstələyir, ölənlərin və ağır xəstələrin də sayı artır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu şəkildə davam edərsə bir müddətdən sonra çox çətin tibbi və səhiyyə problemləri ilə üzləşə bilərik: "Belə ki, klinikalarda yerlər çatmaya bilər, reanimasiya vasitələri, xüsusən süni tənəffüs aparatları çatmaya bilər və ola bilsin ki, bəzi xəstələrin müalicəsi xəstəxanada deyil, evdə aparılsın və tibb personaların çox ağır yük altında işləməsi müəyyən dövrdən sonra onların da həm sağlamlığına mənfi təsir göstərə bilər, həm də əmək qabiliyyətini aşağı sala bilər.
Digər tərəfdən biz koronavirusla mübarizəni ciddiləşdirməsək, yoluxanların da sayı çox olacaq və nəzərə almalıyıq ki, bunların da içərisində xroniki və yanaşı xəstəliyi olanlar da var, eyni zamanda yay dövründə isti havalarla bağlı xəstələrin ümumi vəziyyəti, tənəffüsü çətinləşir, qan təzyiqi artır və ürək fəaliyyəti də çətinləşir.
Ona görə də bunların hamısını nəzərə alaraq karantin rejiminin gücləndirilməsi doğru addımdır. Karantin rejiminin həftəsonu ciddiləşməsi bununla əlaqədardır ki, həftəsonu insanlar sərbəstdilər, daha çox lazım olmayan hallarda müəyyən alış-veriş mərkəzlərində, mağazalarda, restoran və kafelərdə toplaşırlar ki, bu da koronavirusun yayılması üçün çox geniş baza yaratmış olur.
Dünyanın bir çox ölkələri artıq bir ay öncədən bu təcrübəyə keçiblər. İndiyə qədər Azərbaycanda bu təcrübənin tətbiq edilməsinə zərurət yox idi, amma görünür, indiki vəziyyət həftəsonu ciddi karatin rejiminin tətbiq edilməsini zəruri edir və gələcəkdə lazım olarsa tam karantin rejiminin də tətbiq edilməsi istisna edilmir.
Mən bir daha fürsətdən istifadə edib vətəndaşlarımızı birgə məsuliyyətə çağırıram, yəni vətəndaşların məsuliyyət hissi olmasa, dövlət tətəfindən görülən işlərin də lazımi nəticəsi olmayacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi





